Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Həccdə izdihamın olmaması üçün yeni sistem yaradılır

Mart 01
16:36 2016

Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək “Race” intellektual sistemini yaradırlar.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, yeni sistem zəvvarlar Həcc ayinlərini yerinə yetirərkən izdihamın yaranmasına imkan verməyəcək.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə mərasimlərində təhlükəsizliyin təmini üzrə Dövlət Direktorluğunun rəsmisi Bədr bin Səud bəyan edib ki, yeni sistem 50 kamera əsasında quraşdırılacaq interaktiv elektron platformadır. Bunun vasitəsilə məscidin təhlükəsizlik xidməti zəvvarların hərəkətlərini tənzimləyərək kompleksin istənilən nöqtəsində izdihamın yaranmamasına nail olacaq.

Xatırladaq ki, 2014-cü ildə başlayan tikinti layihəsinə uyğun olaraq, Məscidül-Həram məscid-kompleksinin ərazisi 400 min kv.m-dək genişləndirilir. İnşaat işləri başa çatdıqdan sonra məscid eyni vaxtda 2,2 milyon zəvvarı qəbul edə biləcək.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər