Hələb – 2011-ci ildən bəri ən böyük qaçqın axını – VİDEO
652 dəfə baxılıb
“Sələf Xəbər”in Alarabiyaya istinadən məlumatına görə bu günlərdə Hələb şəhəri və ətraf ərazilərin on minlərlə sakini Rusiyanın bombardmanından qaçaraq Türkiyə sərhədlərinə axın etməkdədir.
Bu, Suriya müharibəsi dövründə baş verən ən böyük qaçqın axınıdır. Bu səbəbdən Türkiyə sərhəd qapılarını hələlik bağlı saxlayır. Çünki Avropa ölkələri qaçqınları məcburi şəkildə Türkiyəyə geri qaytarmaqdadır. Bir yandan Avropadan geri gələn qaçqınları, digər tərəfdən isə sərhədlərə axın edən minlərlə qaçqını qəbul etmək Türkiyə üçün çətindir.
Hal-hazırda qaçqınların sayı qırx mini keçmişdir.
Ekspertlərin fikrincə Rusiya Suriyanın cənubuna, ələlxüsus Dəra şəhərinə intensiv aviazərbələr endirərsə, İordaniya sərhədinə də güclü qaçqın axını olacaqdır.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))