Hələb bombalandı – 4 ölü, 10 yaralı
1. 073 dəfə baxılıb
Suriyada Əsəd rejiminə məxsus qırıcılar Hələbi bombalayıb.
Selefxeber.az-ın məlumatına görə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 5 mərtəbəli bina hədəf alınıb. Nəticədə aralarında uşaqlarında olduğu 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Xilasedicilər binanın dağıntıları altından bir qız uşağını sağ çıxarda biliblər.
Bu arada ABŞ-dan Rusiyaya “Rusiyaya məxsus təyyarələr Hələbdəki xəstəxanalara zərbələr endirməmiş olsalar belə, Rusiya həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki Moskva Suriya rejiminə təsir etmək imkanına malikdir”.
Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Hələbin bombalanmasında rusiyanı kəskin qınayaraq deyib: “Əvvəllərdə qeyd etdiyim kimi, zərbələri ya Rusiya, ya da Suriya təyyarələri endirib. Zərbə endirən Suriya təyyarələri olmuş olsa belə, Rusiya yenə də həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki Moskva Suriya rejiminə təsir etmək imkanına malikdir.”
Onun sözlərinə görə, bu iddiaları və ittihamları Rusiyanın ünvanına ABŞ irəli sürməyib, onu bir çox beynəlxalq humanitar təşkilatlar günahlandırıb: “Xəstəxanalara zərbələr endirilib, lakin bunu nə ABŞ, nə də koalisiya edib. Bunu ya Suriya, ya da Rusiya təyyarələri edib”.
Sələf Xəbər: Uca Allah zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).