Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Hələb şəhəri uğrunda qızmar döyüşlər gedir

Avqust 01
16:52 2016

Suriyanın silahlı müxalif qüvvələri Hələb şəhərini mühasirədən çıxartmaq üçün rejim qüvvələrinə qarşı şəhərin cənub hissəsində güclü döyüşlərə başlayıblar.

Selefxeber.az-ın Alarabiyaya istinadən xəbərinə görə döyüşlər iyirmi kilometrlik cəbhə boyunca on minlik qoşunla davam gedir. Döyüşlərdə iri çaplı silahlardan istifadə olunur.
Müxalif qüvvələr artıq bir neçə istiqamətdə əhəmiyyərli mövqeləri ələ keçirə biliblər. Hökumət qüvvələrinə məxsus onlarla ağır texnika, raket bazaları məhv edilib, bir neçə ağır texnika da ələ keçirilmişdir.
Şəhərin küçələrində yandırılan maşın təkərləri döyüş təyyarələri üçün çətinlik yaratdığından təyyarələr dolaşıq atəş açırlar. Bu halda isə dinc sakinlər daha çox zərər görürlər. Hava hücumlarında Rusiyaya məxsus təyyarələrin də iştirak etdiyi deyilir.
Əgər müxalif qüvvələr bu döyüşlərdə qələbə əldə edə bilsələr hökumət qüvvələrini və Hələb şəhərinin qərbini mühasirəyə salacaqlar. Eyni zamanda şəhərin şərqini mühasirədən azad edəcəklər.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər