Hələbdə son günlər 100-ə yaxın uşaq ölüb
943 dəfə baxılıb
Son bir neçə gün ərzində şərqi Hələbdə 100-ə yaxın uşaq ölüb və 220-dən çox uşaq isə yaralanıb.
Selefxeber.az-ın “Oxu.az”a istinadən məlumatına görə RİA Novosti xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.
“Hələbdə uşaqlar dəhşət içində yaşayırlar. Onların əzablarını təsvir etməyə söz tapmıram”, – UNICEF-in direktor müavini Castin Forsayt bəyan edib.
Fondun bəyanatında qeyd edilir ki, cümə günündən şərqi Hələbdə ən azı 96 uşaq öldürülüb və 223 uşaq yaralanıb.
Sələf Xəbər: Həqiqətən İslam şəriəti bütün bəşəriyyət üçün nazil edilmişdir. Bu şəriət insanların bəzilərini digərlərindən mühafizə edir. Xüsusən də zəifi güclünün zülmündən qoruyur. Məzlumun haqqını zalımdan alır… həmçinin başqa insanı haqsız yerə öldürməyi və ona qarşı düşmənçilik etməyi qadağan edərək onun hörmət və şərəfini qoruyur. Allah taala buyurur:
“Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlətdikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar)…” (əl-İsra: 33).
Nəfsinin istəklərinə uyaraq başqasına qəsd edib onu öldürməklə zərər yetirənin həm dünyada həm də axirətdə şiddətli cəzası vardır. Allah taala buyurur:
“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu)…” (əl-Bəqərə: 178).
“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (ən-Nisa: 93).