Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Hələbdə təxliyələr sabaha qədər davam edəcək – 37 min 500 nəfər köçürülüb

Dekabr 21
15:59 2016

Selefxeber.az-ın məlumatına görə “Eurasia Diary” Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu Hələbdə indiyə qədər 37 min 500 nəfərin təxliyə edildiyini bildirərək “Sabaha qədər təxliyənin bitiriləcəyini” dedi.

Çavuşoğlu rəsmi Tvitter hesabında verdiyi açıqlamada 15 dekabrdan bəri şəhərdən ümumilikdə 37 min 500 nəfərin çıxarıldığını qeyd edib.

Türkiyə sərhədindəki İdlib vilayətində müxaliflərin əhatəsində yerləşən Hizbullahın nəzarətində olan Fua və Kefreya mahallarından də təxliyələr dünən səhər saatlarında başlayıb.

Türkiyə ilə Rusiyanın vasitəçiliyi ilə ötən gün müxaliflər ilə rejim və rejim tərəfdarı olan terrorçu qruplar arasında yeni razılıq əldə edilib. İki ölkə isə yeni razılığın təminatçısı oldu.

Razılaşmaya görə, şərqi Hələb ilə Fua və Kefreyadan qarşılıqlı təxliyələr sabaha qədər bitməlidir.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər