Hələbdəki sonuncu uşaq xəstəxanası da bombalandı
1. 039 dəfə baxılıb
“İnsan haqları üzrə həkimlər” beynəlxalq təşkilatının məlumatına görə, Suriyada müharibə başlanan vaxtdan 269 xəstəxana tamamilə və ya qismən dağıdılıb, 757 səhiyyə işçisi qətlə yetirilib.
Selefxeber.az -ın Ansar.ru -ya istinadən məlumatına görə, BMT-nin xüsusi məruzəçisi Dainius Puras bildirib ki, Bəşşar Əsədə bağlı qırıcıların Suriyanın Hələb əyalətini bombalaması nəticəsində şəhərin şərqində fəaliyyət göstərən sonuncu uşaq xəsətəxanası da dağıdılıb.
Onun sözlərinə görə, Hələbdə bu gün 85,000 uşaq yaşayır. Suriyada xəstəxana və digər tibb müəssisələrinə edilən hücumlar hərbi və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilməlidir.
Dainius Puras qeyd edib ki, Suriyadakı xəstəxanaların 60 faizi tamamilə qapalıdır, onlardan bəziləri isə məhdud rejimdə çalışır.
“Nə qədər ki, bu cinayəti törədənlər ədalətli şəkildə cəzalandırılmayıblar, sülhə nail olmaq çətin olacaq”.- deyə, BMT-nin xüsusi məruzəçisi vurğulayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)