Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Hər gün 3 milyon stəkan zəmzəm

İyul 08
11:52 2014

əl-Ərəbiyyə xəbərlər agentliyin verdiyi xəbərə görə, Məscid əl-Həramda gündəlik içilən zəmzəm suyunun həcmi 1200 kub metrdir. Məscidin xaricində, onu əhatə edən meydanda isə 486 kub metr təşkil edir. Bu da gündəlik 3 milyon stəkan zəmzəm deməkdir.

Bu şəfalı sudan hər gün 300 kub metrdə Mədinə şəhərinə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məscidinə göndərilir. Zəmzəm suyunu paylanması işinə əl-Həram məscidinin nəzdində xüsusi idarə nəzarət edir. Agentlik bu il Ramazan ayında Allahın evini ziyarətə gələnlər üçün əlavə xidmətlərin təqdim edildiyini bildirir.

Yeni xidmətlər
əl-Həram məscidinin nəzdindəki Zəmzəm suyunun paylanması idarəsinin rəhbəri Əhməd əl-Mətrəfi bu Ramazan ayında təqdim olunan yeniliklərdən danışarkən qeyd edib ki, Allahın evini ziyarətə gələn müsəlmanlara xüsusi hazırlanmış 250 ml zəmzəmlə dolu su qabları və bu qabları asanlıqla daşımaq üçün xüsusi bel çantaları paylanılır. Bu qabların xüsusiyyəti – virus və bakteriyalara qarşı davamlılıqlarıdır.

Əl-Mətrəfi qeyd edib ki, adı çəkilən idarədə 300 işçi növbə ilə 24 saat ərzində bütün sadalanan işlərə nəzarət edir. Bundan başqa suyun qablara doldurulması üçün də əlavə işçi qüvvəsi cəlb olunub.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) zəmzəm barəsində demişdir: “Yer üzünün ən xeyirli suyu zəmzəm suyudur. Zəmzəm suyunda tam bir qida və xəstəlikdən şəfa var.” (ət-Təbarani, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).

Digər xəbərlər