Hicaba görə qovuldu…
740 dəfə baxılıb
ABŞ- da fəaliyyət göstərən bankların birinin əməliyyat şöbəsinə müştəri kimi gələn müsəlman bir qadından hicabını çıxartmaq tələb olunub.
“Sələf Xəbər”in İslamnews.ru–ya istinadən xəbərinə görə, hadisə ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində bankların birində baş verib.
Şəhər sakini İraq əsilli Raqda Əli adlı müsəlman qadın maliyyə şirkətinə pul almaq üçün gəldiyi zaman şöbə girişində onu dayandıran gözətçi baş örtüsünü açmağı tələb edib. Müdiriyyət də öz növbəsində siyasi təhlükəsizlik məqsədilə müştərilərə şlyapa və eynəkdə gəlməyin qadağan olduğunu bildirib.
Müsəlman qadın hicabın papaq olmadığını izah etməyə çalışsa da mühafizəçi təhlükəsizlik polisi çağrmaqla onu hədələyərəq binanı tərk etməyi tələb edib. Hadisədən sonra ağır stress keçirən Raqda Əli bankın rəbərliyinin bu davranışını cəzasız qoymamaq qərarına gələrək, qarşı tərəfə məhkəmədə iddia qaldırıb.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).
Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!