Hicabına görə layiq olduğu mükafatı verməmişdilər. Sonra…
778 dəfə baxılıb
Türkiyənin Adana vilayətində 2007-ci ildə hicablı olduğu üçün tribunadan düşürdülən Tövhidə Kütük Güneri mükafatını 8 il sonra alıb.
Adananın Kozan bölgəsində 2007-ci il, 24 noyabrda keçirilən inşa müsabiqəsində Güneri birincilik qazanmışdı. Ancaq mükafat mərasimində hicablı olduğu üçün tribunadan düşürdülmüşdü.
“Sələf Xəbər” Türkiyə mediasına istinadən məlumat verir ki, AK partiya Üsküdar bölgəsi rəhbərliyi tərəfindən təşkil olunan tədbirdə tribunaya dəvət edilən Güneri, o zaman iştirak etdiyi müsabiqədə birincilik əldə etsə də oxumadığı “Bir müəllim olmalıdır” adlı inşasını oxuyub.
Səkkiz il əvvəl yaşadıqlarını izah edən Güneri, “Bölgədə birinci oldum. Mükafatımı almaq üçün tribunaya getdim, ancaq hicablı olduğuma görə tribunadan düşürtdülər. Mənim üçün çox çətin idi. Kömək etsinlər deyə, çox çalışdım, ancaq yardım etmək istəmədilər”, – deyə bildirib.
Güneri, layiq olduğu mükafatı almamasının “hicab probleminin” gündəmə gəlməsinə bir vasitə olduğunu qeyd edərək, söyləyib ki, bu hadisədən ötrü hicab problemi həll edilmiş oldu. O, “Buna görə Prezidentimizə təşəkkür borcluyuq” deyib.
Mükafatını aldığı üçün duyduğu xoşbəxtliyi dilə gətirən Tövhidə söyləyib: “Hicab məsələsində böyük problemlər yaşandı. Mənim yaşadığım hicab problemi belə məsələlərin içində bəlkə də ən kiçiyi idi. Biz haradan haralara gəldik”.
Tədbirdə AK partiya İstanbul millət vəkili namizədi Kan da bacısı Mərvə Kavakçının hicaba görə yaşadıqlarını hələ də unutmadığını qeyd edərək qısa çıxış edib: “Bacılarımın məktəblərində aşağılandıqlarını hələ də unutmuram. Hicablı qadınlarımıza edilən zülmləri hələ də xatırlayırıq. Tövhidə bacımıza edilən hörmətsizliyi bilirik. Bu cür düşüncəyə təəssüflər olsun!”
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!