Hindistanlı müsəlman xanım Quranı Lui Brayl şrifti ilə köçürür
988 dəfə baxılıb
“Sələf Xəbər” islam-today.ru saytına istinadən yazır ki, Hindistanın İndora ştatından olan hüquq fakültəsinin tələbəsi xanım Rabiya Han 4 il ərzində ərəb dilində olan Müqəddəs Quranın 10 cüzünü Lui Brayl şrifti ilə köçürüb. İndi onları zəif görən və kor hindular oxuya biləcəklər.
Rabiya Xan “Nur” məscidi nəzdində korlar üçün tədqiqat mərkəzində işləyir. Müsəlman xanım 70 gəncdən ibarət qrupda Quran dərsi deyir. Qrup üzvlərinin hamısında görmə qabiliyyəti ilə bağlı ciddi problemləri var. Hal-hazırda Brayl şrifti ilə yazılmış Quran yalnız 4 ölkədə var, və hamı üçün əlçatan deyil.
Xan özü də Müqəddəs Kitabı öyrənməyə başlayanda çətinliklərlə rastlaşıb: bütün ştatda Brayl şrifti ərəb dilində ilə yalnız 2 nüsxə tapmaq mümkün olmuşdu. Buna görə valideynləri onun üçün Pakistandan Quranı sifariş etmişdi.
“Quran oxumağı öyrənmək üçün şagirddə də bir nüsxənin olması mütləqdir, əks halda o hər şeyi unudacaq”, Xan izah edir. Bu işin çox zəhmət tələb etməsinə baxmayaraq, Hindistandlı müsəlman xanım Brayl şrifti ilə bütün Quranı köçürtmək niyyətindədir.
“Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir” (Buxari).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)