Hizbullah”ın da əsas qüvvələri Suriyadan çıxır
Mart 16
16:57
2016
700 dəfə baxılıb
Rusiya Silahlı Qüvvələrindən sonra “Hizbullah”ın da Suriyadan çəkildiyinə dair məlumat yayılıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, livanlı şiə müxalif jurnalist, “Cənubiyə” saytının rəhbəri Əli əl-Emin yüzlərlə “Hizbullah” silahlısının Suriyadan çıxmağa başladığını açıqlayıb. O, bu hadisənin ABŞ-la Rusiya arasında əldə olunan razılaşma nəticəsində mümkün olduğunu deyib. Onun sözlərinə görə, “Hizbullah” Hələbdən çıxacaq, lakin Şam və Livanla sərhəddə olan Kalamun və Zebedani kimi bölgələrdə qalmaqda davam edəcək.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)