“Hizbullah”la əlaqəsi olanlar Küveytdən qovulur
Mart 18
19:06
2016
722 dəfə baxılıb
Küveyt “Hizbullah” qruplaşması ilə əlaqəsi olan şəxs, iş adamı və media mənsublarını deportasiya etməyə başlayıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Küveyt rəsmiləri bununla bağlı siyahı hazırlayıblar.
Bundan başqa “Hizbullah”la bağlılığı olan şəxslərin ölkəyə girişinə də qadağa qoyulub.
Qeyd edək ki, Körfəz ölkələri təşkilatı və Ərəb Liqası “Hizbullah”ı terror təşkilatı elan edib.
Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)