Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Husi qiyamçıları Əhməd Mübarəki azad etdi

Yanvar 28
17:12 2015

Yəməndə husi qiyamçıları tərəfindən 10 gün əvvəl oğurlanmış Yəmən Prezidentinin administrasiya rəhbəri Əhməd Avad ben Mübarək azad edilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qiyamçı qruplaşmanın rəhbərliyindəki mənbə bildirib.

Yəmənin rəsmi qurumları hələlik Əhməd Avad ben Mübarəkin azad olunmasını təsdiqləməyib.

Qiyamçıların açıqlamasına əsasən, Mübarəkin azadlığa buraxılması hakimiyyət və husilər arasında əldə olunmuş razılaşma əsasında baş tutub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər