Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Husi qiyamçıları uşaqları qanlı döyüşlərə cəlb edir – VİDEO

Avqust 23
17:15 2016

Avstraliyaya məxsus telekanallardan biri Yəməndə Husi qiyamçılarının azyaşlı uşaqları kütləvi şəkildə döyüşlərə cəlb etməsini əks elətdirən video görüntülər yayımlamışdır.

Uşaqların bəzilərnin yaşı 12-dən azdır. Ümumilikdə isə Husi qiyamçılarının 30%-ni uşaqlar təşkil edir. Bu uşaqlar döyüşlərdə iştirak edir, həm öldürür, həm də ölürlər.

Telekanal döyüşdə həlak olmuş 16 yaşlı uşağın cənazəsini də lentə almışdır.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

🎬

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər