Husilər Ədəndə qadın və uşaqları atəşə tutub
İyul 02
15:33
2015
788 dəfə baxılıb
İranın dəstəklədiyi husi üsyançıları Yəmənin Ədən şəhərində aralarında qadın və uşaqların olduğu 31 mülki vətəndaşı qətlə yetirib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu barədə xarici mətbuata Ədən şəhərinin səhiyyə rəsmisi Hader Lasvar məlumat verib.
Onun dediyinə görə, husilərin əhalinin sıx yaşadığı əraziləri ağır silahlarla atəşə tutması nəticəsində aralarında uşaq və qadınların olduğu 31 mülki vətəndaş həyatını itirib. Hücum nəticəsində ən azı 100 nəfər də yaralanıb
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)