Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Husilər Məkkə istiqamətində ballistik raket atıb

Oktyabr 28
16:42 2016

Yəmənin qiyamçı-husiləri Yəmənin Saada şəhərindən Məkkə istiqamətində ballistik raket atıblar, raketi havada, hədəfə 65 km qalmış məhv etmək mümkün olub.

Selefxeber.az-ın “Alarabiya”ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri raketin atıldığı yerə hava zərbələri endiriblər.

Koalisiya qüvvələri adından çıxış edən General Əhməd Əsiri bildirib ki, Məkkə şəhərinin müqəddəs məkanlarının ballistik raketlə hədəfə alınması Husi qiyamçılarının yalançı şüarlar səsləndirdiyini sübut edir. General bildirib ki, hava hücumundan müdafiə sistemləri daim ayıq-sayıqdır. Məhv edilən raket “Skod” tipli raketlərdəndir.

General onu da bildirib ki, Husi qiyamçıları bu tip raketlərdən istifadəni İran və Hizbullah terror təşkilatından öyrəniblər.

Bu raket Husi qiyamçılarının Məkkə istiqamətinə atdığı ikinci raketdir.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”(Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Digər xəbərlər