Husilər Səudiyyə Ərəbistanını bombalayıb
Fevral 02
09:12
2016
777 dəfə baxılıb
Yəməndə Husi qüvvələri Səudiyyə Ərəbistanının Nəcran şəhərini bombalayıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 uşaq ölüb, 9 nəfər isə yaralanıb.
SPA agentliyinin məlumatına görə, üsyançıların atdığı raket yaşayış məntəqəsinə düşdüyündən ölənlərin sayının artacağı istisna olunmur.
Xatırladaq ki, ötən ilin martından Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə əməliyyat keçirir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların vəziyyətini düzəltməyini diləyirik. Amin!