Husilər Səudiyyə Ərəbistanını bombalayıb

Avqust 27
16:36
2015
735 dəfə baxılıb
Yəməndə iqtidarı ələ keçirən Husilər bu dəfə Səudiyyə Ərəbistanını bombalayıblar.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Səudiyyə ordusu “Scud” mərmisini havada vuraraq məhv edib və sonra Yəməndəki raket rampaları məhv edilib.
Husilər isə mərminin Səudiyyə Ərəbistanındakı bir enerji stansiyasına düşdüyünü iddia edirlər.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!