Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Husilərin atdığı ballistik raket Məkkə ətrafında vurulub

İyul 28
16:42 2017

Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub.

Selefxeber.az-ın “APA”ya istinadən xəbərinə görə, bu barədə ərəb koalisiyasının komandanlığı məlumat yayıb.

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə)

“İbrahim (ona salam olsun) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim peyğəmbər (ona salam olsun) öz duasını möminlərlə bağlayır və Allaha olan ehtiramını büruzə verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə də Allah onun duasına cavabını, zalımlardan başqa, hamıya aid etdi.

Digər tərəfdən, İbrahim peyğəmbər (ona salam olsun) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar dindarlara və həm də kafirlərə və münafiqlərə verir. Məhz buna görə Allah xəbərdar edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər və sonra Cənnət bağlarına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa – Odlu Cəhənnəmə göndəriləcəklər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər