Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İD terroçuları 3 500 insanın həyatına son qoyub

Avqust 30
21:12 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən xəbər verir ki, ötən ilin aprel ayından 3 473 insan İD (“İslam Dövləti”) terror qruplaşmasının qurbanına çevrilib. Onlardan 139-u uşaq və 74-ü qadındır.

Suriyada Hüquq müdafiəsi üzrə təşkilat SNHR-in məlumatına əsasən, təkcə Aleppo, Deyr-əz-Zor, Rəkkada İD üzvləri 782 dinc sakini və müxalifət qüvvələrinin 2 691 silahlısını öldürüb.

Bundan başqa, terror təşkilatı Aleppo şəhərinin Axterin adlı bölgəsində və Deyr-əz-Zorda ictimai edamlar keçirir.

“Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər