Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İD yezidlərin kəndinə hücum edib: 80 kişi öldürülüb, 100 qadın oğurlanıb

Avqust 16
17:32 2014

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “İslam Dövləti” (İD) qüvvələri İraqın şimalında yezidlərin kompakt yaşadığı kəndə hücum edərək 80 kişini amansızcasına qətlə yetirib, 100 qadını oğurlayıblar.

Yaşayış məntəqəsi Sincar dağ silsiləsindən 20 km aralıda yerləşir və uzun müddət silahlıların hücumuna məruz qalıb. Məlumata görə, oğurlanmış qadınlar silahlılar tərəfindən İD-nin nəzarəti altında olan Mosul və Təl-Afar şəhərlərinə gətirilib.

İraq Kürdüstanın nümayəndəsi Hoşiyar Zibarinin “Röyters”ə bildirdiyinə görə, yezidlərin islamı qəbul etməkdən imtina etməsi kütləvi edama səbəb olub.

 Sələf Xəbər: Şeyx Saleh as Suheymi (Allah onu qorusun) buyurmuşdur: “Şəriətin Ənsarları – DAİŞ , elə bir aldadıcı addır ki, zahirən guya islamı yaymaq, həqiqətdə isə İslamın düşmənlərinə xidmətdədirlər”. (DAİŞ – ərəbcədir, Azərbaycan dilinə tərcümədə isə “İŞİD” (İraq və Şam İslam Dövləti) deməkdir).

Digər xəbərlər