Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İƏT: “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyri-şərtsiz azad etməlidirlər”

Aprel 04
17:10 2016

İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda baş verən prosesləri və Erməni silahlı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi hücumları dərin narahatlıqla izlədiyini bildirib.

“Sələf Xəbər”in ATV.az-a istinadən məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni Azərbaycan torpaqlarındakı işğalının davam etməsindən qaynaqlanan bu gərginlikdən narahatlığını bildirib. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyri-şərtsiz azad etməlidirlər, – deyə Amid Mədəni bildirib.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər