İki ildə İraqda bu qədər adam ölüb
Yanvar 20
17:44
2016
658 dəfə baxılıb
2014-cü ilin yanvarından ötən il oktyabrın sonunadək İraqda törədilən hücum və zorakılıqlarda 18 min 800 dinc sakin ölüb.
Bu barədə BMT-nin hesabatında qeyd edilib.
Bildirilib ki, ötən dövr ərzində 36 mindən çox insan qanlı hadisələr zamanı yaralanıb. Bu müddət ərzində 3 milyon 200 min iraqlı daxili təqiblərə görə ev-eşiyindən didərgin düşüb.
“Sələf Xəbər” Aznews.az-a istinadən bildirir ki, bundan başqa hazırda İŞİD terror xəvaric qruplaşmasının əlində qul kimi istifadə edilən 3500-ə yaxın qadın və uşaq var.
Sələf Xəbər: Bu ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)
Uca Allahdan bütövlükdə müsəlman ümmətini və xüsusilə, bizim ölkəmizi bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!