Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İki İŞİD lideri öldürülüb

İyul 14
16:57 2015

Suriyanın şimal-şərqinə endirilən aviazərbələr nəticəsində “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının iki lideri öldürülüb.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqlarına Nəzarət üzrə Monitorinq Mərkəzi xəbər yayıb.

Yayılan məlumatlara əsasən, öldürülən liderlər – iraqlı Abu Osama al-İraqi və suriyalı Amer ar-Rafdan olduğu bildirilib.

Mərkəzin yaydığı məlumata görə, aviazərbələri ABŞ aviasiyası endirib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İŞİD terror xəvaric qruplaşması silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD terror xəvaric qruplaşması tərəfindən ələ keçirilib.

İyunun sonunda İŞİD terror xəvaric qruplaşması İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün”.

Digər xəbərlər