Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İki Müqəddəs Məscidin ən yaşlı müəzzini vəfat etdi – VİDEO

Yanvar 29
19:33 2015

“Sələf Xəbər” Alanba.com-a istinadən bildirir ki, İki Müqəddəs Məscidin ən yaşlı müəzzini Şeyx Kamil ən-Nəcdi vəfat etdi.

Hicri ilə 1357 (1938) – ci ildə Mədinə şəhərində anadan olmuş Şeyx Kamil İki Müqəddəs Məscidin ən qədim müəzzinidir. O, 57 il bundan öncə hicri ilə 1378 (1958) – ci ildə Peyğəmbər məscidinə müəzzin təyin edilmişdi.

Onun ailəsi də müəzzinlər yetişdirməkdə məşhurdur. Onun cənazə namazı elə divarları arasında böyüyüb boya-başa çatdığı Peyğəmbər məscidində qılınıb.

Allah-Təala ona rəhmət etsin…

🎬

 Sələf Xəbər: Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Kim on iki il azan verərsə, Cənnət ona vacib olar. Hər gün azan verdiyinə görə ona altımış, hər iqaməsinə görə isə otuz savab yazılar”. (İbn Macə rəvayət edib. Munziri və Albani “səhihdir” demişlər. “Sahih ət-Tərğib” 248)

Digər xəbərlər