İki pakistanlı – birinin adı küçəyə verildi, digəri isə günahsızları qətlə yetirib terrorçu adı aldı
863 dəfə baxılıb
Ciddə şəhərində özünü məscid yaxınlığında partlatmış Abdullah Xanın törətdiyi terror cinayəti haqqında xəbər vermişdik. Onun qardaşı Fərman Xan isə yerli əhali arasında özünün qəhrəmanlığı ilə hər kəsin yaddaşında qalır, hətta Ciddə şəhərində onun adı küçələrdən birinə verilmişdir.
Hər ikisi pakistanlıdır, lakin aralarında böyük fərq vardır. Birin günahsız insanları qətlə yetirib adını cinayətkarlar siyahısına yazdırıb. Digəri isə, Fərman Xan 2009-cu ildə Ciddə şəhərini sel suları basanda 14 nəfərin həyatını xilas etmiş, özü isə dünyasını dəyişmişdi. Fərman Xan göstərdiyi qəhrəmanlığa görə adı qızıl hərflərlə Ciddə şəhərinin küçələrindən birinə həkk edilmişdir.
Abdullah Qəlzar Xan isə ailəsi və uşaqları ilə birlikdə Ciddə əhalisi arasında 12 il yaşadıqdan sonra onlara xəyanət etmişdir.
Sələf Xəbər: Haqqında danışılan şəxslərdən birinin mükafatı budur: “…Kim qatil olmayan və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə)
Digərinin mükafatı isə buna uyğundur: “Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə)