Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İlham Əliyev (Allah onu qorusun) namaz qılır” – QMİ-nin sədri – VİDEO

Dekabr 13
19:56 2014

“Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev (Allah ona rəhmət etsin) təyyarədə namaz qılarkən soruşdum ki, namaz qılmağı nə zaman öyrənmisiz. O da uşaqlıqdan namaz qılmağı bacardığını dedi”.

“Prezident İlham Əliyev (Allah onu qorusun) ilə birlikdə Kəbə evində namaz qılmışıq”.

“Sələf Xəbər” Avropa.info.az-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə ANS-in prezidenti Vahid Mustafayevə müsahibəsində deyib.

Media Təqib Mərkəzinə istinadən həmin videonu təqdim edirik:

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir”. (Qurani Kərim, “Nisa” surəsi, 103-cü ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə demişdir: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, ey Allahın Elçisi! Heç bir şey qalmaz”- dedilər. Peyğəmbər: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” – deyə buyurmuşdur. (Buxari 15775).

Digər xəbərlər