Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İlham Əliyevin (Allah onu qorusun) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İslamabadda görüşü olub – FOTO

Mart 01
16:53 2017

İslamabadda Prezident İlham Əliyevin (Allah onu qorusun) Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Selefxeber.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirildi.

Enerji sahəsində həyata keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulandı.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

📷

001

003

004

Digər xəbərlər