Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İmran adlı suriyalı uşaq: Göz yaşı olmayan ağlamaq – FOTO

Avqust 22
17:45 2016

Hələb şəhərinə edilən aviazərbələr nəticəsində dağıntılar altında qalan İmran adlı suriyalı uşaq dünya mediasının əsas xəbəri olub. İmranın şəkili bir müddət öncə dəniz sahilində cəsədi tapılmış Aylan adlı qız uşağını bir daha dünyaya xatırladıb.

İmranın göz yaşı axıtmadan ağlaması artıq Suriya müharibəsinin simvoluna çevrilməkdədir.

Sosial şəbəkə istifadəçiləri Suriyada uşaqların çıxılmaz vəziyyətini dünyaya çatdırmaq üçün Suriyada dağıntılar altında qalan İmran və hicrət edib dənizdə boğulan Aylanın şəklini müqayisə edərək “Qalsan belə, qaçsan belə olacaqsan” yazıları ilə təqdim ediblər.

461aceea-3a3e-4708-b44f-671fbdaf82f4

İmranı müalicə edən tibb bacısı deyir ki, uşağı müalicə edərkən bədənində ağır zədələrin olmasına baxmayaraq o heç bir ağrı hissindən ağlamır, sadəcə baxır, ata-anasının harada olduğunu soruşurdu.

O yalnız dağıntılar altından çıxmış atasını və anasını gördükdə ağlamağa başlamışdır.

Sələf Xəbər: Uca Allah müsəlmanları fitnədən, fitnəyə düçar qalmaqdan qorusun. Tezliklə Suriya xalqına əminamanlıq bəxş etsin. Zalımlar isə öz layiqli cəzalarını alsınlar.

Digər xəbərlər