Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İndoneziya təyyarələri Malayziyada qəzaya uğrayıb

Mart 16
16:33 2015

Malayziyada iki İndoneziya təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Martın 15-də İndoneziyanın iki CT-1B təlim-məşq təyyarəsi bir neçə gündən sonra Malayziyada başlayacaq “LİMA-2015” beynəlxalq aviakosmik və hərbi-dəniz texnikası sərgisində nümayişə hazırlıq zamanı qəzaya uğrayıb.

Təyyarəçilərin taleyi hələlik məlum deyil. Lakin şahidlərin bildiridiyinə görə, onlar təyyarələri tərk etməyə nail olublar. Toqquşma altı təyyarədən ibarət “Yupiter” pilotaj qrupunun nümunəvi çıxışa hazırlığı zamanı baş verib.

Hazırda təlim-məşq uçuşları dayandırılıb, xilasedicilər təyyarəçilərin və təyyarələrin düşdüyü yerin axtarışını davam etdirirlər.

“LİMA-2015” sərgisi martın 17-də Malayziyanın Lanqkavi arxipelağında açılacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)

Digər xəbərlər