İndoneziyada 7,1 bal gücündə zəlzələ
Fevral 28
18:45
2015
731 dəfə baxılıb
İndoneziyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
“Sələf Xəbər”in Haber7.com-a istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzi, zəlzələnin episentrinin Nebe şəhərinin 132 kilometr şimalında Flores dənizi olduğunu müəyyən edib. Zəlzələnin dərinliyi, dəniz səthindən 547 kilometr olaraq ölçülüb.
İndoneziyanın Meteorologiya və Geofizika Qurumu, sunami təhlükəsinin olmadığını bildirib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Xatırladaq ki, zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada, 2004-cü ildə meydana gələn 9,1 bal gücündə olan zəlzələ və ardınca yaranan sunamidə 230 min nəfər həyatını itirmişdi.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)