İndoneziyada “Sevgililər günü” haram elan edildi
Fevral 13
18:23
2015
966 dəfə baxılıb
İndoneziya Milli Məclisi “Sevgililər günü” ilə bağlı qərar qəbul edib.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkədə “Sevgililər günü”nün keçirilməsinə qadağan qoyulub. Ailə və Uşaq Komitəsinin sədri Tutty Alawiyah Milli Məclisin qərarını dəstəklədiyini bildirib.
O, bu günün qərblilərin yaratdığını, nə İndoneziya mədəniyyətinə, nə də İslam dininə uyğun olduğunu bildirib, “Sevgililər günü”nü haram hesab edib.
Sələf Xəbər: Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)