Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İndoneziyada yenə zəlzələ oldu

Mart 10
18:01 2015

Seysmik zonada yerləşən İndoneziyada zəlzələ baş verib.

Tanimbar adası yaxınlığında baş verən zəlzələnin gücü 5,3 bal olub.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İndoneziyanın Saumlaki məntəqəsinə daxil olan bir ərazidə yeraltı təkanlar qeydə alınıb.

Bu barədə məlumat verən ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) ziyan və xəsarətlər barədə məlumatın olmadığını bildirib.

Zəlzələnin episentri sahildən 292 kilometr uzaqda, dənizin 110,2 kilometr dərinliyində olub. Sahil məntəqələrdə hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olmayıb. İndoneziyanın Təbii fəlakətlər üzrə əlaqədar qurumu sunami təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, 2004-cü ildə Hind okeanında baş verən zəlzələdən sonra güclü sunami dalğaları İndoneziyanın sahilboyu məntəqələrinə ciddi ziyan vurub. Həmin fəlakətdə 14 sahilyanı ölkədən 230 min insan həlak olub.

Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)

Digər xəbərlər