Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb

Dekabr 08
15:22 2016

İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

Selefxeber.az-ın “Sabq.org”a istinadən məlumatına görə, 700 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 10000 nəfər məscidlərə və digər sığınacaq mərkəzlərinə yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində 200-dən çox yaşayış evi, tədris müəssisəsi və məscid dağılıb.

Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz” (əl-Buxari).

Digər xəbərlər