İndoneziyada zəlzələ olub
Fevral 10
13:59
2015
707 dəfə baxılıb
İndoneziyada 5,1 bal gücündə zəlzələ olub.
İndoneziyanın şərqində, Qərbi Papua əyalətinin sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Faqfaq şəhərindən 139 km cənub şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)