Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İndoneziyanın yeni prezidenti bəlli oldu

İyul 24
15:29 2014

Hafta.az bbc.com-a istinadən xəbər verir ki, İndoneziyada keçirilən prezident seçkilərinin ilkin cavabları açıqlanıb. Cakarta qubernatoru Coko Vidodo ölkənin yeni prezidenti seçilib.

Seçki Komissiyasının açıqlamasına görə, Coko Vidodo 53,15 % səslə qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə səslərin 46,85%-ni qazanıb.

Səsvermədə uduzan Subianto seçki nəticələri ilə razılaşmayaraq səslərin sayılmasında qanunsuzluq olduğunu bildirib.

Vidodo tərəfdarları isə indidən sosial şəbəkələrdə qalibiyyəti qeyd edirlər. Onu xüsusilə də ölkə gəncləri dəstəkləyir.

Rəqibi Subianto isə media maqnatlarını dəstəkləyən keçmiş generaldır.

Qeyd edək ki, iyulun 9-dan başlayan seçki kampaniyasında 130 milyondan çox səsdən istifadə edilib.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey AbdurRahman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə onda (Allah) səni bu işlə baş-başa buraxar” (Əl-Buxari).

Digər xəbərlər