Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İnsanlıq hissinin bitdiyi an: aclıq və qorxudan ölən məsumlar

Dekabr 08
16:46 2014

İllərdir bitmək bilməyən vətəndaş müharibəsinin yaşandığı Suriyanın Xüms və Şam şəhərlərində uşaq ölümlərinin sayı gündən-günə artmaqdadır.

Hərbi təyyarələrin hər gün Suriyanın müxtəlif bölgələrində yerli əhalinin yaşadığı ərazilərə təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu yüzlərlə adam faciəvi şəkildə həlak olur.

“Sələf Xəbər”in Cumhuriyyet.az-a istinadən məlumatına görə, bir müddət əvvəl Xümsdə bir neçə aylıq Yəhya Şahab adlı körpənin hökumət qüvvələri tərəfindən təşkil edilən hava hücumu vaxtı qorxudan öldüyü bildirilib.

Digər tərəfdən də əhali, xüsusən, uşaqlar qida çatışmazlığı və xəstəliklərdən həlak olur.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər