İordaniya İraqla sərhədə qoşun yeridib
733 dəfə baxılıb
“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, bu barədə İordaniya hökumətindəki mənbə xəbər yayıb.
Xəbərdə bildirilir ki, İraqla sərhədə minlərlə əsgər yerləşdirilib. Qoşunun sərhədə cəmlənməsində məqsəd İŞİD terror xəvaric qruplaşmasının İordaniyaya edə biləcəyi hücumun qarşısını almaqdan ibarətdir.
Məsələ ilə bağlı İordaniya hökuməti hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, iordaniyalı pilotun yandırılması görüntüləri bir neçə gün öncə yayılıb. Bu görüntülərdən sonra İordaniya Kralı İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə səylərini daha da gücləndirib və koalisiya qüvvələri tərəfindən terrorçuların sığınacaqları güclü bombardımana məruz qalıb.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı, hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.