İordaniya İŞİD terror xəvaric qruplaşmasını bombalayır!
888 dəfə baxılıb
Kral Abdullah ölkəsinin İŞİD terror xəvaric qruplaşmasına qarşı amansız müharibəyə başlayacağını bildirib.
İordaniya hərbi hava qüvvələri, yandırılaraq öldürülən İordaniyalı pilotun təyyarəsinin düşdüyü bölgəni bombaladığını xəbər verib.
“Sələf Xəbər” İnternethaber.com-a istinadən bildirir ki, İordaniya döyüş təyyarələri, gecə saatlarında Mosul Ninovadakı İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə ağır hava hücumu başladıb.
İŞİD terror xəvaric qruplaşmasının İordaniyalı pilotu yandıraraq öldürməsindən sonra Amman koalisiyaya dəstəyini artırmaq qərarı alıb. İordaniya Kralı “Amansız bir döyüş” başlayacaqlarını bildirib.
İŞİD terror xəvaric qruplaşmasının İordaniyalı pilot Muaz Kasasbəyi yandıraraq öldürməsi ölkədə böyük qəzəb və etiraz doğurub.
Xatırladaq ki, Kral II Abdullah, Vaşinqton səfərini yarıda kəsərək ölkəsinə qayıtmışdı. Kralın başçılığı ilə aparılan yüksək səviyyəli təhlükəsizlik konfransında İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiyanın əməliyyatlarında daha çox yer almaq qərara alınıb.
İordaniya rəsmi kanalına görə, Kral Abdullah ölkəsinin İŞİD terror xəvaric qruplaşmasına qarşı amansız müharibəyə başlayacağını bildirib. Kral, “Onları öz torpaqlarında vuracağıq” – deyib.
Məlumata görə, İordaniya rəhbərliyi İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə bütün hərbi variantlardan istifadə edəcəyi qərarındadır.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab” 24)