İordaniyadan gözlənilməz açıqlama gəldi
Dekabr 26
20:38
2014
972 dəfə baxılıb
İordaniyaya məxsus təyyarənin İŞİD terror xəvaric qruplaşması tərəfindən vurulmadığı iddia edilib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin mətbuat xidmətindən verilən açıqlamada təyyarənin İŞİD terror xəvaric qruplaşması tərəfindən vurulmadığı, səbəblərin araşdırıldığı bildirilib. Qeyd edək ki, İordaniya ordusu təyyarənin özlərinə aid olduğunu, pilot Muaz Safi Kasabinin girov götürüldüyünü təsdiq etmişdi.
Onu da deyək ki, İordaniya koalisiya qüvvələrinin tərkibində İraq və Suriyada hava hücumlarında iştirak edir.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).