İordaniyadan İŞİD terror xəvaric qruplaşmasına cavab
778 dəfə baxılıb
İordaniya həbsxanalarındakı yüksək səviyyəli İŞİD terror xəvaric qruplaşmasının mənsublarının edam ediləcəyini açıqlayıb.
“Sələf Xəbər”in Avropa.info-ya istinadən məlumatına görə, İordaniyanın Media Üzrə Dövlət Nazirliyinin yaydığı açıqlamada İŞİD terror xəvaric qruplaşmasının iordaniyalı pilotu öldürməsinin ardından, aralarında təşkilatın pilot qarşılığında buraxılmasını istədiyi Sacide el-Rıvaş ilə “Əbu Hüzeyfə” ləqəbli Ziyad Kerbulinin də olduğu , İordaniya həbsxanalarındakı yüksək səviyyəli İŞİD terror xəvaric qruplaşmasının üzvlərinin edam ediləcəyi bildirilib.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün.”