İran 21 nəfər sünni məhbusu kütləvi şəkildə edam etdi
1. 535 dəfə baxılıb
Uzun müddətdir siyasi ittihamlarla həbs edilən iranlı sünnilər barədə dünya mətbuatında məlumatlar verilir.
“Alarabiya”nın məlumatına görə dünən İran hökuməti siyasi ittihamlarla həbs edilən 21 nəfər sünni məhbusu kütləvi edam cəzasına məhkum etmişdir. Edam prosesi çərşənbə axşamı səhər saatlarında İranın Cənub Qərbində yerləşən Kərc rayonunun Covhər Dəşt bölgəsindəki Rəcai Şəhr həbsxanasında həyata keçirilmişdir. Edam olunanlar arasında sünni təbliğatçı Şəhram Əhmədi də vardır. Digər 17 nəfər məhbus da eyni cəzaya məhkum edilmişdir, onların da edam ediləcəyi deyilir.
Edam olunanların yaxınları bildirirlər ki, İran məhkəmə orqanları onlara çərşənbə axşamı saat 15:00-da həbsxana idarəsinə gəlmələrini tapşırıb. Onlar deyilən vaxtda həbsxanaya gəldikdə edam cəzasının artıq icra olunduğunu öyrəniblər. Həbsxana rəhbərliyi onlara yaxınlarının cəsədlərini tanımaları üçün Ədalət Tibbi Ekspertizasına müraciət etməyi tövsiyə edib.
İran təhlükəsizlik orqanları edam olunan şəxsləri 2009-2011-ci illərdə İranın qərbində yerləşən Kürd əyalətlərində həbs etmişdi. İlkin məhkəmə zamanı onlar “yerli hökumətə qarşı çıxmaq”, “Sələfi toplumlara mənsub olmaq”, “yer üzündə fəsad törətmək” və sairə iddialarla ittiham olunaraq edam cəzasına məhkum edilmişdilər.
İran İnsan Haqları təşkilatı Kərəc rayonunun Rəcai Şəhr həbsxanasında digər sünni məhbusların edamını dayandırmaq və edam qərarlarının ləğv edilməsi barədə xəbərdarlıq etmiş, təqsirləndirilən şəxslərə qarşı yeni qərəzsiz və ədalətli mühakimə irəli sürməyi tələb etmişdir.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).