İran Ali Məhkəməsi Əhli Sünnəyə mənsub 27 nəfər fəalın edamı barədə qərar çıxarıb
1. 147 dəfə baxılıb
İran Ali Məhkəməsi, içərisində şəriət elm adamları olan 27 nəfər Əhli Sünnə mənsubunun edam edilməsi barədə qərarı təsdiqləməsi onların edamı ilə nəticələnə bilər.
“Sələf Xəbər”in Alarabiya.net-ə istinadən xəbərinə görə İranda “Harana” adlı insan hüquqları müdafiəçiləri qrupunun yaydığı məlumata görə məhkəmə 27 nəfər Əhli Sünnə fəalının və Tehranın cənub qərbində yerləşən Kərəc şəhərinin “Racayi Şəhr” həbsxanasından bəzi məhbusların əleyhinə qərar qəbul edib. Onlar hökumətə qarşı çağırışda, Sələfi camaatına üzvlükdə, yer üzündə fəsad törətməkdə, Allaha və rəsuluna qarşı müharibə aparmaqda ittiham olunublar.
Qrupun məlumatına görə məhkəmə bəzi müttəhimləri silahlı hücumlarda ittiham etmiş, müttəhimlər isə bunu inkar etmişlər. Onlar bildiriblər ki, onların fəaliyyəti yalnız Əhli Sünnəyə aid dini məclislərdə iştirak etməkdən ibarət olmuşdur.
İran təhlükəsizlik orqanları sünni şəriət elm adamlarını və fəalları 2009-2011-ci illər ərzində İranın Qərbi kürdüstan əyalətində keçirilən əməliyyatlar zamanı həbs etmiş, ibtidai məhkəmə isə barələrində edam qərarı çıxarmışdır.
Qeyd edək ki, İran hökuməti keçmiş mart ayının dördü tarixində 6 nəfər İranlı sünni kürdü Kürdüstan əyalətinin merini qətlə yetirməkdə və Sələfi camaatla əlaqədə ittiham edərək edam etmişdi.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 103-cü ayə).
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir. Cərəyanlara və təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini, və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir” (Əhməd).
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Müqəddəs Quran, “Maidə” surəsi, 3-cü ayə)Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!