İran Ərəbistanla neftə görə müzakirəyə hazırdır
Fevral 10
18:02
2016
657 dəfə baxılıb
İran neft bazarındakı situasiyanı Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Neft naziri Bicen Zəngənə deyib.
“Biz OPEK ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə istənilən dialoqa və əməkdaşlığa hazırıq. Əgər güclü siyasi iradə olsaydı, neftin qiymətini stabilləşdirmək üçün 1 həftə kifayət edərdi”, – nazir bildirib.
Qeyd edək ki, İranın Səudiyyə ilə müzakirəyə hazır olduğunu açıqlamasından sonra birjalarda neftin qiyməti bahalaşıb.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!