Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İran Prezidenti: İŞİD bəşəriyyəti məhv etmək istəyir

Sentyabr 19
18:34 2014

“Sələf Xəbər”-in Oxu.Az-a istinadən məlumatına görə, İran Prezidenti Həsən Ruhani İŞİD terror xəvaric qruplaşmasının terrorçularının bəşəriyyəti məhv etmək istədiklərini deyib.

İran Prezidenti hesab edir ki, İŞİD-in qırğınları bütün bəşəriyyəti narahat etməlidir.

Ruhani İŞİD-in günahsız şəxslərin başlarını kəsməsini pisləyib: “İslam prinsipləri və mədəniyyəti baxımından günahsız insanı öldürmək bütün bəşəriyyəti qırmağa bərabərdir. Buna görə də günahsız şəxslərin başlarının kəsilməsi və öldürülməsi əslində İŞİD üçün bir biabırçılıqdır”.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər