Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İran Suriyada quru əməliyyatı keçirir

Oktyabr 14
16:01 2015

Suriya ordusu İran və “Hizbullah” koalisiyası ilə birlikdə Hələb şəhərində mövqe tutmuş silahlılara qarşı genişmiqyaslı hücuma keçməyə hazırlaşır.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”ə yerli hakimiyyət qurumlarının iki nümayəndəsi bildirib.

Məlumata görə, hücuma bir həftə öncə Xama əyalətində üsyançılarla döyüşlərdə iştirak etmiş hərbçilər cəlb olunacaq. Yerli hakimiyyət qurumlarındakı mənbə prezident Bəşər Əsədə dəstək məqsədilə İrandan hücuma qatılacaq minlərlə hərbçinin gəldiyini bildirib.

Məlumata görə, irimiqyaslı döyüşə hazırlıq artıq yekunlaşıb, hazırda Suriya ordusunun bütün qüvvələri, “Hizbullah” şiə hərəkatının ən peşəkar döyüşçüləri səfərbər edilir, əsas rolun İran hərbçilərinə veriləcəyi planlaşdırılıb. Hücumun yaxın vaxtda başlayacağı bildirilir.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər