İranda gənci Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat yoldaşını müdafiə etdiyi üçün asıblar
1. 182 dəfə baxılıb
İranda Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) həyat yoldaşı Aişəni (Allah ondan razı olsun) müdafiə edən 20 yaşlı gənc edam olunub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, 17 yaşında həbs edilən sünni kürd olan Bəhram Əhmədi 3 il sonra 20 yaşında heç kimə xəbər verilmədən həbsxanada edam olunub. Onun cənazəsi belə ailəsinə verilməyib.
İranın kürd dilli saytlarının yaydığı məlumata görə, anası həbsxanaya ziyarət etmək üçün getdikdə, həbsxana nəzarətçiləri yaşlı anaya “oğlun 6 ay öncə edam olundu” deyiblər. Bundan sonra ana iflic keçirib və bir gözü kor olub. Bundan başqa Bəhramın bacısı da iflic olub.
Məlumatlara görə, edam olunan Bəhramın qardaşı Şehram da həbs olunub və onu da edam gözləyir.
Bəhramın edam olunmadan öncə, etdiyi son vəsiyyəti yayılıb.
Sələf Xəbər: Uca Allah buyurur:“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun həyat yoldaşları da onların analarıdır”. (Qurani-Kərim, “əl-Əhzab” surəsi, 6-cı ayə)