Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İranda QİÇS xəstələrinin sayı artıb

Sentyabr 29
15:55 2014

“Sələf Xəbər”-in Trend-ə istinadən verdiyi məlumata görə, İranda QİÇS-ə yoluxma halları artıb. Bunu İranın QİÇS Araşdırmalar Mərkəzinin sədri xanım Mino Mohraz bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin rəsmi statistikası ölkədə 30 minə yaxın QIÇS-ə yoluxmuş şəxsin qeydiyyatda olduğunu göstərir. Lakin qeydiyyata düşməyənlərin sayı 100 min nəfərdən çoxdur.

Mərkəzin sədri deyib ki, əsas yoluxma yolları – cinsi əlaqə və narkotik maddələrin iynə ilə vurulmasıdır: “Narkotik maddələrin iynə ilə istifadəsi narkomanlar arasında cinsi əlaqələrin 10 faiz artmasına səbəb olur. Bu da QIÇS-ə yoluxma ilə nəticələnir. Bir çox hallarda narkotik istifadəçiləri bu virusun daşıyıcısı olduqlarından xəbərsizdirlər.”

M.Mohraz hesab edir ki, ölkədə bütün qurumlar narkotiklərlə mübarizədə birləşməlidir, çünki “narkotikdən istifadə əxlaqsızlıq və yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”.

İran KİV-lərinin məlumatına görə, İranda QİÇS-ə yoluxmuş şəxslərin 46,1 faizi 25-36 yaşlı gənclərdir. QİÇS xəstələrinin 69 faizi isə bu virusa narkotik maddələri iynə vasitəsilə qəbul etməklə yoluxublar.

Qeyd edək ki, bir sıra mental və dini səbəblərdən İran əhalisi QİÇS xəstəliyi barədə az məlumatlıdır, bu da ölkədə QİÇS-ə yoluxanların sayını kəskin artırıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Müqəddəs Quran, “Maidə” surəsi, 90-cı ayə).

Sərxoşedici – ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir. İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir.

Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Eyni zamanda narkotik asılılıq əmələ gətirdiyinə görə insan onu almaq üçün malını israf edir, hətta o yerə çatır ki, narkotik əldə etmək üçün insan hər yola (aldatma, oğurluq, qətl) əl atır.

Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə).

Digər xəbərlər