Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İranda spirtli içkilərdən müalicə mərkəzi açılır

İyun 09
16:46 2015

“Sələf Xəbər” Turkiyə mediasına istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyi spirtli içki aludəçiliyi olanlar üçün 150 reablitasiya mərkəzi açılacağını bildirib.

Spirtli içkinin qadağan olunduğu İranda reablitasiya mərkəzlərinin açılması səlahiyyətli nümayəndələrin ölkədə içki istehlakının geniş miqyasda meydana gəldiyini qəbul etdiyi mənasına gəlir. Mərkəzlərdən 6-sının 2016-cı ilin mart ayına qədər açılması planlaşdırılır. Burada həm də detoksikasiya tətbiqi də (toksinlərin bədəndən təbii və süni yollarla kənarlaşdırılması) nəzərdə tutulur.

Qeyd edək ki, 1979-cu il İslam inqilabından bu yana İranda spirtli içkilərin qadağan olunmasına baxmayaraq, hal-hazırda bu ölkədə içki aludəçiliyindən əziyyət çəkən 200 min adam var.

Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Müqəddəs Quran, “Maidə” surəsi, 90-cı ayə).
Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-kərim, “Nisa” surəsi, 5-ci ayə)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər